Yeni su dünyası: bu planet digərlərindən fərqlidir...

O, Yerdən 2,3 dəfə böyükdür...

...Təxminən 560 işıq ili uzaqlıqda yerləşən Kepler-10 ulduzunun ətrafında iki planet var. Birincisi qayalı dünya, ikincisi isə uzun müddət xassələrini dəqiq müəyyən etmək mümkün olmayan dünyadır. Yeni məlumatlar göstərir ki, bu, əvvəllər kəşf edilmiş heç bir planetə bənzəməyən bir dünyadır.

SİA-nın məlumatına görə, tədqiqat “Astronomy & Astrophysics” jurnalında dərc edilib.

2011-ci ildə astronomlar Kepler-10 b planetini kəşf ediblər və bu, Günəş sistemindən kənarda tapılan ilk qayalı dünya olub. ...Və bir az sonra elm adamları birinci kimi Kepler-10 ulduzunun ətrafında fırlanan ikinci Kepler-10 c planetini kəşf ediblər. Bütün bu illər ərzində astronomlar Kepler-10 c planetinin dəqiq xüsusiyyətlərini anlamağa çalışıblar və nəhayət buna nail olublar.

Məlum olub ki, bu planet Yerdən xeyli böyükdür və çox güman ki, su buzundan ibarətdir. Tədqiqatın müəllifləri müəyyən ediblər ki, Kepler-10 c planeti Yerdən 2,3 dəfə, həcmi isə bizim planetinkindən 13 dəfə böyükdür.

Belə ki, o dünyanın kütləsi Yerdən 11 dəfə böyükdür, yəni bərk səthə malik olmasına baxmayaraq, qayalı planetlərdən daha az sıxlığa malikdir.

Nəzərinizə çatdıraq ki, qayalı planetlər Yer, Mars, Venera və Merkuri kimi möhkəm səthə malik olanlardır. Belə planetlər yer planetləri hesab edilir. Yeni məlumatlar onu da göstərdi ki, Kepler-10 c çox güman ki, su dünyasıdır, yəni dərin okeanla örtülüdür və həmçinin su buxarından ibarət atmosferə malikdir. Lakin elm adamları hesab edirlər ki, bu, sadəcə su dünyası deyil, fərqli təbəqələrə malik buzlu su dünyası ola bilər.

Kepler-10 b planetinə gəlincə, astronomlar onun Yerdən təxminən 1,47 dəfə, kütləsinin isə planetimizinkindən təxminən 3 dəfə böyük olduğunu müəyyən ediblər.

Bu dünya öz ulduzuna o qədər yaxın orbitdə fırlanır ki, onun səthi çox güman ki, ərimiş lava ilə örtülmüşdür. Alimlər Kepler-10 b planetinin orbital dövrünün 24 Yer saatından az olduğunu təxmin edirlər. Eyni zamanda Kepler-10 c planeti öz ulduzundan uzaqda yerləşir və onun orbital dövrü 45 Yer günüdür.

Nəzərinizə çatdıraq ki, Yer təxminən 365 günə Günəş ətrafında tam dövr edir.

Astronomlar əvvəllər bu planetləri tranzit metodundan istifadə edərək, ulduzlarının önündən keçərkən işığının bir hissəsini kəsərək kəşf etmişdilər. Yeni məlumatlar planetlərin öz ulduzlarına qravitasiya təsirini öyrənməklə əldə edilib. Bu, ulduzda yırğalanma kimi tanınan şeyə səbəb olur ki, bu da elm adamlarına iki dünyanın xüsusiyyətləri haqqında daha dəqiq təxminlər əldə etməyə imkan verir.

Lakin bu araşdırmanın bir hissəsi olaraq astronomlar Kepler-10 ulduzunun ətrafında fırlanan başqa bir planetin olduğunu aşkar ediblər.

O, Kepler-10 d adlandırılıb və əvvəllər məlum olan iki planetdən daha uzaqdadır. Bu planetin orbital dövrü təxminən 151 Yer günüdür.

Alimlər hesab edirlər ki, bu planet Yerdən təxminən 12 dəfə böyükdür və buna görə də Kepler-10 c-dən çox da fərqlənmir. Astronomlar hesab edirlər ki, ən azı Kepler-10 c onun ulduzundan xeyli aralıda əmələ gəlib, burada planetdə su buzu yığılıb, sonra o, ulduza yaxınlaşıb və bəlkə də onun bəzi təbəqələri əriyib. Lakin zəngin su tərkibi qorunub saxlanılmışdır. Günəş sistemində belə dünyalar yoxdur və buna görə də onlar astronomların xüsusi diqqətini çəkirlər, çünki onlar müxtəlif növ planetlərin təkamülünü daha yaxşı anlamağa kömək edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə