Naxçıvan şəhəri üzrə 13 mindən çox şagird tibbi müayinəyə cəlb olunub
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq payız-qış mövsümünün başlanması ilə əlaqədar məktəblərdə şagirdlərin profilaktik tibbi müayinəsi keçirilib.
SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirin əsas məqsədi uşaqların sağlamlığının qorunması, onların fiziki və psixi inkişafının izlənilməsi, eləcə də mümkün xəstəliklərin erkən mərhələdə aşkarlanaraq vaxtında müdaxilə olunmasıdır.
Müayinələr pediatr, nevropatoloq, oftalmoloq, LOR və digər ixtisaslı həkimlər tərəfindən aparılıb. Şagirdlərin sağlamlıq vəziyyəti hərtərəfli qiymətləndirilib, aşkar olunan xəstəlik və ya risk faktorları üzrə müvafiq tibbi tədbirlər görülüb. Zərurət yarandıqda uşaqlara xüsusi müalicə təyin edilib və onlar əlavə nəzarətə götürülüb. Naxçıvan şəhəri üzrə ümumilikdə 13 min 143 şagird müayinəyə cəlb olunub.
Qeyd edək ki, bu istiqamətdə görülən profilaktik tədbirlər mərhələli şəkildə davam etdiriləcək və növbəti mərhələdə uşaq bağçalarında tibbi müayinələrin keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB