Kabardin-Balkardan olan it kürəyində pişiyi gəzdirməyə başlayıb.
SİA-nın məlumatına görə, bu barədə Mash Gor Telegram kanalı yazır.
Dağlarda yaşayan Aiyu (Ayı) adlı Alabai iti sahibinin aldığı adsız kabard pişiyi ilə dost olub.
Onların dostluğu yeddi il əvvəl başlayıb. İt və pişik bir yerdə yaşayırlar, birlikdə otlaqlara gedirlər və soyuq gecələrdə bir-birinə sarılaraq yatırlar.
Aiyu hətta dostunu kürəyinə minməyə başlayıb.
Bu səfərlərdən biri videoya çəkilib.
Boz pişik Alabayın tükündən bərk-bərk yapışır, amma tullanmır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə