Səyahət edən cütlük hava limanında başqasının çamadanını götürüblər və...

...Deməli, Taylandda, Suratxanidən Banqkoka uçan evli cütlük səhvən başqasının çamadanını özlərininki bilərək götürüblər.

...Daha sonra nə Tayland, nə də Yapon səlahiyyətliləri tərəfindən heç bir şübhə doğurmadan Tokioya uçuş üçün qeydiyyatdan keçiblər.

SİA-nın məlumatına görə, Yaponiyaya çatanda çamadanı açmaqda çətinliklər yaranıb.

Yalnız bundan sonra bələdçi etiketdəki başqasının adını görüb. Aşkar edilən qəribə yük dərhal gömrük əməkdaşlarına təhvil verilib.

Hökumət rəsmisi çütlüyün günahsız olduğunu təsdiqləyib və çamadandakı narkotiklər müsadirə edilib.

Turistlərə səyahətlərini davam etdirməyə icazə verilib. Ancaq yaşadıqları stress səbəbindən Fuji dağına getməmək qərarına gələn cütlük hava limanının yaxınlığında yaşamağa üstünlük veriblər.

Çamadanın əsl sahibi itkini tez aşkar edib və Suratxani hava limanı ilə əlaqə saxlayıb.

“TurDom” xəbər verir ki, xoşbəxtlikdən tələb olunan baqaj anlaşılmazlıq səbəbindən “qaçaqmalçılar” havaya qalxmazdan əvvəl tapılmayıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə