İspaniyadan köçən cütlüyün 4-cü övladı dünyaya gəlib

İspaniyadan Sankt-Peterburqa köçən cütlüyün 14-cü övladı dünyaya gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu 9 saylı Doğum Evinin mətbuat xidməti yazır.

Söhbət 10 il əvvəl Rusiyaya köçən Arasel və Xavyerdən gedir. Gənc valideynlərin özləri də çoxuşaqlı ailələrdə anadan olublar: ata ailənin altıncı, ana yeddinci uşaq olub.

Doğum evindən bildirilib ki, bu, onların tibb müəssisəsində doğulan Arasel və Xavyerin artıq səkkizinci yeni doğulmuş körpəsidir.

Cütlüyün böyük uşaqları məktəbə və bağçaya gedirlər. Ailələri ilə ispanca, dostları ilə isə rusca danışırlar.

Arasel etiraf edib ki, Rusiya doğum evində həkimlər detallara diqqət yetirirlər və o, Sankt-Peterburqda doğuş zamanı özünü daha rahat hiss edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə