Kitab yarım əsrdən sonra ABŞ kitabxanasına qaytarılıb...

Ernest Heminqueyin yarım əsrdən çox əvvəl kitabxanadan götürdüyü “Günəş də doğar” romanı Konnektikut Ştat Kitabxanasına qaytarılıb.

Kitabı götürən adam gecikməni izah edən bir qeyd qoyub: 56 yaşında onu köhnə əşyalarının arasından tapıb və romanı yenidən oxuduqdan sonra geri qaytarmaq qərarına gəlib. SİA-nın məlumatına görə, qeyddə kitabın dəyişdirilməsi xərclərini ödəmək üçün çek də olub.

Kitabxana sosial şəbəkə vasitəsilə keçmiş sahibinə təşəkkür edərək, vaxtı keçmiş cərimələrin indi ləğv edildiyini qeyd edib.

Qeyd edilir ki, oxşar hadisə ötən ilin payızında Britaniyada baş vermişdi. Tələbənin 113 il əvvəl çıxardığı kitab kitabxanaya qaytarılıb.

Kişi bunu valideynlərinə baş çəkərkən tapıb və üz qabığında adı görən kimi geri qaytarmaq qərarına gəlib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə