...Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) mütəxəssisləri iflic olan insanlara yerimə qabiliyyətini qaytaran ekzoskelet hazırlayıblar.
SİA-nın məlumatına görə, bu barədə Reuters xəbər verir. KAIST Ekzoskelet Laboratoriyasının mühəndisləri alüminium və titan hissələri, çəkisi isə 50 kiloqram olan WalkON Suit F1 ekzoskeletini yaradıblar.
Maşın gəzinti zamanı insan oynaqlarının hərəkətlərini təqlid edən 12 elektron mühərriklə idarə olunur.
Onun yaradıcılarından biri Park Conq-sunun sözlərinə görə, o, eyniadlı film franşizasından olan Dəmir Adam kostyumundan ilhamlanıb.
...Balansı saxlamaq üçün ekzoskelet altlıqda və bədənin yuxarı hissəsində saniyədə 1000 siqnala nəzarət edən və istifadəçinin nəzərdə tutulan hərəkətlərini proqnozlaşdıran sensorlara əsaslanır.
Cihazın ön hissəsində ətraf mühiti qiymətləndirən kamera linzaları var.
Testlər zamanı ekzoskeleti olan bir xəstə saatda təxminən 3 kilometr sürətə çata bilirdi.
Kostyum paraplegiyadan əziyyət çəkən komanda üzvü Kim Seung Hvan tərəfindən sınaqdan keçirilib. O, laboratoriyanın ətrafında səmərəli hərəkət edə və hətta pilləkənlərə qalxa bilib.
Alimin sözlərinə görə, ekzoskelet elə qurulub ki, o, avtomatik olaraq əlil arabasında olan insana yaxınlaşaraq onun ayağa qalxmasına kömək edə bilsin.
...Noyabrın əvvəlində Amerikanın “Time” jurnalının müəllifləri 2024-cü ilin ən yaxşı ixtiralarını adlandırıblar. Bunlara üç qatlı Huawei Mate XT smartfonu, Arc'teryx və Skip MO/GO ekzoskeleti və malyariya ilə mübarizə üçün R21/Matrix-M peyvəndi daxildir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə