“Açıq havada maska taxmaq ilk vaxtdan bəri müzakirə olunan məsələlərdəndir”. Bunu SİA-ya açıqlamasında həkim professor Adil Qeybulla deyib.
Professor bildirib ki, ikinci dalğadan sonra karantin sərtləşdirilən zaman Operativ Qərərgah tərəfindən qərar qəbul olundu ki, açıq havada maska taxmaq məcburidir: "Bu məsələ də uyğunsuzluq ondan ibarətdir ki, yumşaldılmalara gediləndən sonra qapalı mühitdə, iaşə müəsissələrində, restoranlarda, kafelərdə, çay evlərində maskasız oturmaq qadağan edildi. Lakin çölə çıxan zaman maska geyinməyin tələb olunması absurtdur. Bu, Operativ Qərargahın verdiyi qərarlar içində bir-birinə uyğun gəlməyən hissələrdir. Bunu mütləq korrektə etmək lazımdır.
Şuşada keçirilən “Xarı bülbül” festivalı zamanı Prezident İlham Əliyev festivala daxil olarkən qonaqlardan maskaları çıxarmaqlarını istədi. Prezident dəfələrlə açıq havada maska taxmağı düzgün hesab etmədiyini bildirib. Prezident bu fikirdə tam haqlıdır. Yumşaldılmalardan sonra açıq havada maska taxmağın mənası yoxdur. Epidomiploji vəziyyət xeyli stabilləşib və vəziyyət nəzərat altındadır. Açıq havada maska taxmaq praktikasını əlbəttə ləğv edə bilərik, amma sadəcə, bir şeyi qeyd etmək istərdim ki, hələ pandemiya bitməyib və davam etməkdədir. Bu baxımdan tam rahat və arxayın olmaq düzgün deyil. Hindistan ştamı və mutasiya məsələləri hələ də var. Əgər 4-cü dalğa olarsa, virus yenidən yayılarsa vəziyyət daha da ciddiləşəcək.
Qeyd edim ki, Hindistanda yayılan növ immun sistemindən yayına bilən bir ştamdır. Ona görə düşünürəm ki, ehtiyatı əldən verməməliyik. Dünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyi günü elan edənə qədər karantin davranışlarına əməl etmək əsas şərtdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB