Rusiya bölgələrində həkim çatışmır

Rusiya bölgələrində həkim çatışmır

Rusiyanın tərkibində olan Xakasiya Respublikasında iş yüklərinin çoxluğu və davamlı az ödəmələr səbəbindən həkimlər kütləvi şəkildə işdən çıxmağa başlayıblar. Qeyd edək ki, hazırda bu respublika kəskin terapevt çatışmazlığı ilə qarşılaşıb. Ona görə də, yerli əhali profilli həkimlərin qəbuluna yazılmaq üçün qonşu bölgələrə getməyə məcbur olurlar.

SİA rus mətbuatına istinad edir.

Qeyd edək ki, respublikada həkimlərin aldıqları məvacib 20-30 min arasındadır. Bu göstərici Rusiyanın digər, məsələn, mərkəzi regional bölmələri ilə müqayisədə çox azdır. Xatırladaq ki, həmin bölgələrdə həkimlərin məvacibi, təxminən 42 min rubldur.

Məlumat üçün bildirək ki, hazırda Xakasiyanın tibb müəssisələrində 410 ştatlı həkim, 560-dan çox isə tibb bacısı çatışmır. Bu bölgənin hesab palatasının məlumatıdır və belə görünür ki, respublikada həkim qıtlığını aradan qaldırmaq üçün heç kim mübarizə aparmaq niyyətində də deyil.

Təbii ki, Rusiyanın bu bölgəsindəki həkimləri də yaxşı yaşamaq istəyirlər. Ona görə də, əksər tibb işçiləri məvaciblərin normal olduğu, onlara önəm verildiyi ərazilərə gedirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə