Səhiyyə Nazirliyi həkimlərin işə qəbulunu aparır

Səhiyyə Nazirliyi həkimlərin işə qəbulu ilə bağlı elan verib. Nazirlikdən SİA-ya verilən məlumata görə, koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

İşə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə hr@health.gov.az elektron ünvanına müraciət etməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə