Azərbaycanda qida zəhərlənmələrinin sayı azalıb RƏSMİ AÇIQLAMA

Azərbaycanda qida zəhərlənmələrinin sayı azalıb RƏSMİ AÇIQLAMA

“Cari ilin 6 ayı ərzində Azərbaycanda 188 qida zəhərlənməsi baş verib”. Bunu SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

Qida zəhərlənmələri nəticəsində 285 nəfərin zərər çəkdiyini deyən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, zəhərlənmələrinin hamısı məişət şəraitində baş verib.

A. Qədirli söyləyib ki, sözügedən müddət ərzində 11 botulizm hadisəsi qeydə alınıb ki, bundan da 21 nəfər zərər çəkib: “Botulizm hadisələri nəticəsində 3 nəfər isə ölüb”.

Qeyd edək ki, 2016-cı ilin 7 ayı ərzində Azərbaycanda 396 qida zəhərlənməsi qeydə alınmışdı. Qida zəhərlənməsi nəticəsində 502 nəfər zərər çəkmiş, 1 nəfər isə botulizmdən ölmüşdü.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə