...Bu arada rusiyalı həkim Sergey Vyalov şərabın xərçəngdən qoruduğu ilə bağlı təhlükəli yanlış təsəvvürü xatırladıb.
...Bu, onilliklər boyu davam edən marketinq və tədqiqatların seçmə sitatları üzərində qurulmuş təhlükəli bir illüziyadır, - deyən həkim əlavə edib ki, əslində "qırmızı şərab araqdan yaxşı deyil".
Həkim istənilən spirtli içkinin yeddi növ xərçəngə səbəb olduğunu qeyd edib.
O, sadaladığı kimi, "...bunlara ağız boşluğu, udlaq, qırtlaq, qida borusu (yastı hüceyrəli karsinoma), həmçinin qaraciyər (hepatosellüler karsinoma), döş xərçəngi, yoğun və düz bağırsaq xərçəngi daxildir".
Alimlər spirtli içkinin bədənə daxil olduğu anda bizə hücum etməyə başladığını aşkar ediblər.
...Etanol ağız mikroflorasını dəyişdirir. Bu, çox vacibdir və bir çox insan bunu unudur, - deyə mütəxəssis bildirir.
Son məlumatlara görə, həftədə altı standart içki ömrü 11 ay qısaldır.
...Təxminən üç ay - bu çoxdur, yoxsa az? Qərar vermək sizə bağlıdır.
Amma həftədə altı içki gündə bir içkidən azdır. Bu, alkoqolizm deyil. Bu, təhlükəsiz kimi tövsiyə olunan "orta miqdarda istehlakdır".
O, həmçinin əlavə edib ki, bir çox insanın "rahatlatmağa" öyrəşdiyi kanserogen maddə, əgər insan gündə dörd içki içirsə, artıq təxminən üç il ömrü oğurlayır.
...Xərçəngin qarşısının alınması baxımından, heç içməmək daha yaxşıdır, - deyə həkim bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB