Diş sağlamlığı təkcə gündəlik fırçalama və diş həkimi müayinələri ilə qorunmur. Gündəlik həyatımızda tez-tez qəbul etdiyimiz içkilər dişlərimiz üçün ciddi risk mənbəyinə çevrilə bilər. Xüsusilə turşulu və şəkərli içkilər diş minasına səssiz, lakin davamlı zərbə vurur.
SİA mövzu ilə bağlı araşdırma edib.
Diş minası dişin ən sərt qoruyucu qatıdır. Lakin bu qat turş mühitə qarşı həssasdır. Qazlı içkilər, kola və soda kimi məhsulların tərkibində olan turşular diş minasını yumşaldır, zamanla onu aşındırır. Üstəlik, bu içkilərdəki şəkər ağızdakı bakteriyalarla reaksiyaya girərək əlavə turşuların yaranmasına səbəb olur. Nəticədə dişlər çürüməyə daha açıq hala gəlir.
Enerji və idman içkiləri də diş sağlamlığı üçün təhlükəlidir. Onlar yüksək turşuluq və şəkər tərkibi ilə diş minasını zəiflədir. Bu içkilər eyni zamanda tüpürcək ifrazını azaldır. Tüpürcək isə ağız boşluğunun təbii qoruyucusudur. Onun azalması bakteriyaların sürətlə çoxalmasına şərait yaradır.
Bir çox insan meyvə şirələrini sağlam hesab edir. Halbuki portağal, limon, alma kimi meyvə şirələri təbii olsa belə, yüksək turşuluğa malikdir. Bu turşuluq diş minasını tədricən aşındırır. Kombuça və fermentasiya olunmuş içkilər də oxşar təsir göstərir.
Alkoqollu içkilər, xüsusilə şərab və şirin kokteyllər dişlər üçün ayrıca risk yaradır. Alkoqol ağız quruluğuna səbəb olur, bu da dişlərin özünü bərpa etmə imkanını zəiflədir. Turşulu və şəkərli alkoqollu içkilər diş eroziyasını sürətləndirir.
Kofe və çay birbaşa güclü turşuluğa malik olmasa da, şəkər əlavə edildikdə çürümə riskini artırır. Eyni zamanda bu içkilər diş səthində ləkələnməyə və saralmaya səbəb olur.Tərkibində şərbət, qaymaq, şokolad sousu və zefir olan qəhvə və digər içkilər dişlər üçün çox zərərlidir. Bu içkilər adətən yavaş-yavaş qəbul edilir və isti olduqda şəkər dişlərin səthində daha uzun müddət qalır. Belə hallarda bakteriyaların böyüməsi üçün əlverişli şərait yaranır ki, bu da minanı məhv edir və çürüklərin inkişafına səbəb olur.
Əlavələrin özləri də təhlükə yaradır. Qaymaq, zefir və şərbətlər çoxlu şəkər ehtiva edir və yapışqan teksturaya malikdir, bu da onların tüpürcəklə təmizlənməsini çətinləşdirir
Bu proseslərin nəticəsində dişlərdə eroziya, həssaslıq, çürük və hətta diş itkisi baş verə bilər. Turşulu içkilər diş səthinə hər toxunduqda mina zəifləyir və bu təsir müntəzəm davam etdikdə geri dönməz zədələr yaranır.
Dişləri qorumaq üçün turşulu içkilərin qəbulunu azaltmaq, içdikdən sonra ağzı su ilə yaxalamaq, dişləri dərhal deyil, bir müddət sonra fırçalamaq tövsiyə olunur. Ən təhlükəsiz və faydalı içki isə sudur. Turşulu və şəkərli qidaların və içkilərin istehlakının məhdudlaşdırılması, diş çürüklərinin qarşısının alınmasında mühüm rol oynayır.
Tərkibində flüor olan diş pastaları və ağız yaxalayıcı vasitələrdən istifadə etmək də diş minasını gücləndirərək çürüklərə qarşı qoruma təmin edir. Diş sağlamlığını qorumaq, təkcə ağız və diş sağlamlığı üçün deyil, ümumi sağlamlıq üçün də vacibdir.
Demək olar ki, gündəlik içdiyimiz bir çox içki diş sağlamlığını ciddi şəkildə təhlükə altına alır. Şüurlu seçimlər və düzgün ağız gigiyenası vərdişləri ilə bu təhlükənin qarşısını almaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB