Alimlər qeyd edirlər ki, piylənmədən əziyyət çəkən oğlan və qızların sayı kəskin şəkildə artıb. Vəziyyət indi həll edilməzsə, bu, əsl fəlakətə çevriləcək.
Endokrinologiya Mərkəzinin direktoru və Rusiya Elmlər Akademiyasının akademiki Natalya Mokrışeva bildirib ki, son məlumatlara görə, Rusiyada piylənmədən əziyyət çəkən oğlanların sayı beş dəfə, qızlarda piylənmə halları isə üç dəfə artıb.
Alim qeyd edir ki, bu, yaxın onilliklərdə 2-ci tip diabet hallarının partlayıcı artımına səbəb olacaq.
Mokrışeva vurğulayır ki, bu xəstəliyin qarşısı alına bilər, lakin insanlar erkən yaşlarından sağlam olmayan həyat tərzi sürürlər və yüksək kalorili qidalar qəbul etməkdə ehtiyatsızdırlar.
Bu, nəticədə bütün səhiyyə sistemi üçün böyük xərclərə səbəb olacaq.
SİA xəbər verir ki, “Rossiyskaya Gazeta”ya görə, strateji məqsəd prediabetin erkən aşkarlanmasına imkan verən və beləliklə, piylənmə ilə proaktiv mübarizə aparan bir platforma yaratmaq olmalıdır.
Həkim bildirib ki, piylənmə səbəbindən yaranan 2-ci tip diabet infarkt riskini əhəmiyyətli dərəcədə artırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB