...Alimlər aşkar ediblər ki, yaşla sürətlənən zamanın hissi sadəcə subyektiv təəssürat deyil, beynimizin fəaliyyətinin nəticəsidir və yaşlandıqca gündəlik işləri “dağıtmağa” başlayır.
SİA xəbər verir ki, Communications Biology jurnalında dərc olunan bir araşdırmada gənclərdə beyin neyron vəziyyətləri arasında daha tez-tez keçid etdiyi və çoxsaylı yeni təcrübələri emal etdiyi aşkar edilib.
Yaşla bu keçidlər daha az olur və tanış hadisələr tək bir “fayl”da birləşdirilir ki, bu da ilin boş görünməsinə və uçub getməsinə səbəb ola bilər.
Bəs, sistemi necə “sındırmaq” olar?
Əsas məsələ yenilik və canlı təəssüratlardır.
Endokrinoloq Zöhrə Pavlova Telegram kanalında yazır ki, gündəlik işləri pozan hər hansı bir şey beyni daha aktiv işləməyə məcbur edir və unikal xatirələr yaradır, subyektiv vaxtı uzadır.
Məsələn, yeni marşrutlar və səyahətlər, öyrənmə və bacarıqlara yiyələnmək, günün formatını dəyişdirmək və qeyri-adi fəaliyyətlər.
Beləliklə, əgər il “uçub keçibsə”, bəlkə də əvvəlki ilə çox oxşar olub. Həyatınıza daha çox hadisə əlavə edin və zaman yenidən yavaşlayacaq.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB