Mütəxəssislərdən həyəcan təbili: Piylənmə qlobal təhlükəyə çevrilib...

...Ümumdünya Səhiyyə Təşkilatı milyonlarla insana təsir etdiyi və miqyasına görə pandemiya ilə müqayisə edilə bilən bir problem olan piylənmənin müalicə qaydalarını yeniləyib. ÜST-ün məlumatına görə, artıq çəki 2024-cü ildə 3,7 milyon insanın ölümünə səbəb olub.

Əgər tendensiyalar davam edərsə, piylənmədən əziyyət çəkən insanların sayı 2030-cu ilə qədər ikiqat arta bilər ki, bu da qlobal iqtisadiyyat üçün təxminən 3 trilyon dollar iqtisadi itkiyə səbəb ola bilər.

Yeni müalicə strategiyasında GLP-1 reseptor agonistləri sinfindən olan dərmanlardan istifadə olunur.

Belə dərmanlardan biri də əvvəlcə 2-ci tip diabetin müalicəsi üçün hazırlanmış semaglutiddir.

Piylənmə ilə mübarizədə yüksək effektivlik nümayiş etdirib. 2023-cü ildə ÜST semaglutidi əsas dərmanlar siyahısına əlavə edib.

Dərman iştahanı yatırmağa kömək edir, mədə boşalmasını yavaşlatır və beyindəki aclıq mərkəzlərinə təsir göstərir.

SİA xəbər verir ki, "New England Journal of Medicine" jurnalında dərc olunmuş bir araşdırmada xəstələrin həyat tərzi dəyişiklikləri və semaglutid qəbulu ilə 68 həftə ərzində bədən çəkilərinin orta hesabla 14,9 faizini itirdiyi aşkar edilib. Rusiyada semaglutidin ekvivalenti avtomatik injektor kimi mövcud olan Velgiya Eco-dur. DSM Group-a görə, semaglutid tərkibli dərmanların satışlarının 2024-cü ildə 47 faiz artacağı gözlənilir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə