Kürdəmirdə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclis və Vəkillər Kollegiyasının (VK) birgə təşəbbüsü ilə aztəminatlı və sosial həssas qruplardan olan şəxslərə pulsuz hüquqi yardım göstərilməsi məqsədilə Kürdəmir rayonunda sosial-hüquqi aksiya təşkil olunub.

SİA xəbər verir ki, kollegiyadan verilən məlumata görə, dekabrın 17-də Milli Məclisin deputatı Əminə Ağazadənin təşəbbüsü və fərdi qaydada fəaliyyət göstərən Faiq Atabəyov və Vilayət Zeynalovun dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi təmin edilib.

Aksiya zamanı 10 vətəndaşın sosial müdafiə, hüquqi məsələlər, məşğulluq və digər sahələrə dair müraciətləri dinlənilib, aidiyyəti üzrə dəstək verilib.

Eyni zamanda qaldırılan bir sıra məsələlərin qanunvericilik çərçivəsində baxılması və müvafiq qurumlara yönləndirilməsi məqsədilə qeydlər aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə