Mərkəzi Gömrük Hospitalında Belarusun Minsk Elmi-Praktiki Cərrahiyyə, Transplantologiya və Hematologiya Mərkəzinin Tibbi işlər üzrə direktor müavini, nefrologiya, böyrək əvəzedici terapiya və böyrək transplantasiyası üzrə respublika mərkəzinin rəhbəri, həkim-cərrah, tibb elmləri doktoru, professor Kaloçik Oleq Valentinoviç ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə heyətinin sədr müavini Günay Abbasova, Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, transplantoloqlar Dr.Mircəlal Kazımi, Dr.Kamran Beydullayev və nefroloq Elnur Fərəcov iştirak ediblər.
Tədbirdə tərəflər arasında nefrologiya, böyrək transplantasiyası sahəsində beynəlxalq əməkdaşlıq perspektivləri, klinik təcrübə mübadiləsi, müasir müalicə və cərrahi yanaşmalar, eləcə də birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi imkanları ətrafında müzakirə aparılıb. Həmçinin, robotik cərrahiyyənin transplantasiya və ümumi cərrahiyyədə tətbiqi, minimal invaziv üsulların üstünlükləri, əməliyyatların dəqiqliyinin və təhlükəsizliyinin artırılması, reabilitasiya müddətinin qısaldılması məsələləri müzakirə olunub. Görüş zamanı transplantasiya sahəsində robotik texnologiyaların tətbiqi perspektivləri, həkimlərin bu sahədə ixtisasartırma və beynəlxalq təlim proqramlarına cəlb olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB