Damar elastikliyini qorumaq üçün qarabaşaq yarması və kivi yeyin...

Rusiyalı kardioloq damar sağlamlığını, gücünü və elastikliyini qorumaq üçün pis vərdişlərdən imtina etməyin, müntəzəm olaraq idman etməyin və sağlam qidalanmağın vacibliyini vurğulayıb. O, həmçinin ürək-damar sistemi üçün ən faydalı qidalardan danışıb.

SİA-nın məlumatına görə, həkim vurğulayıb ki, damar divarlarının elastikliyini təmin etmək üçün müntəzəm olaraq C vitamini və rutinə zəngin qidalar qəbul etmək tövsiyə olunur.

Kardioloq sitrus meyvələri, itburnu, qara qarağat, dəniz itburnusu, kivi, bolqar bibəri, qarabaşaq yarması və cəfəri, ispanaq, şüyüd və keşniş kimi müxtəlif göyərtiləri də daxil edib.

Həkim həmçinin pəhrizi "pis" xolesterolun (LDL) oksidləşməsinin və qan damarlarının divarlarında yığılmasının qarşısını alan güclü bir antioksidan olan E vitamini olan qidalarla zənginləşdirməyi tövsiyə edir.

O, optimal seçimlər kimi zeytun, kətan toxumu və günəbaxan yağlarını, qoz-fındığı, avokadonu adlandırdı.

Onun fikrincə, omeqa-3 yağ turşuları olan qidalar da eyni dərəcədə vacibdir.

...Çoxdoymamış yağ turşuları pis xolesterol səviyyəsini azaltmağa, damar elastikliyini və qan dövranını yaxşılaşdırmağa kömək edir.

Onlar skumbriya, halibut, siyənək, qızılbalıq, qoz, çia toxumu və kətan toxumlarında çox miqdarda olur, - deyə kardioloq qeyd edir.

Həkim həmçinin qida rasionuna flavonoidlərlə zəngin olan yaşıl çay, tünd şokolad, giləmeyvə və pomidor əlavə etməyi tövsiyə edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə