Vaxtından əvvəl ürək qocalmasının gözlənilməz bir səbəbi aşkar edilib...

...Uzunmüddətli aralıq hipoksiya ölümü əhəmiyyətli dərəcədə artırıb. Tədqiqat iştirakçılarında sürətlənmiş ürək-damar qocalmasının əlamətləri müşahidə edilib.

Alimlər yuxu apnesinin (yuxu zamanı qısamüddətli nəfəs fasilələri ilə xarakterizə olunan tənəffüs pozğunluğu) ürək və damar qocalmasını sürətləndirdiyini və vaxtından əvvəl ölüm riskini artırdığını aşkar ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, tədqiqat NPJ Aging jurnalında dərc edilib.

Missuri Universiteti Tibb Məktəbi və Marşal Universitetinin tədqiqatçıları təcrübə üçün siçanlardan istifadə ediblər.

Onlar süni şəkildə insan yuxu apnesinə bənzər bir vəziyyəti - istirahət zamanı qan oksigen səviyyəsinin dövri olaraq aşağı düşməsini - tənəffüsdə təkrarlanan fasilələri təqlid edirlər ki, bu da qısamüddətli oksigen çatışmazlığına səbəb olur.

Məlum olub ki, uzunmüddətli aralıq hipoksiya siçanlarda nəzarət qrupu ilə müqayisədə ölümü əhəmiyyətli dərəcədə artırıb.

Onlar sürətlənmiş ürək-damar qocalmasının əlamətlərini inkişaf etdiriblər: artan qan təzyiqi, ürək funksiyasının pisləşməsi, damar elastikliyinin azalması, koronar qan axınının pozulması və miokard elektrik aktivliyində dəyişikliklər.

Professor Məhəmməd Bədran qeyd edib ki, yuxu apnesi ilə əlaqəli oksigen çatışmazlığından qaynaqlanan daimi stress ürək-damar sistemini yenidən qurur, onun daha sürətli qocalmasına və ölüm riskini artırmasına səbəb olur.

Tədqiqat rəhbəri David Gozal bildirib ki, yuxu apnesi ilə ürək xəstəliyi arasındakı əlaqə məlum olsa da, onların təcrübəsi bu prosesi digər amilləri istisna olmaqla, ömür boyu təmiz formada araşdıran ilk təcrübədir.

Bu, aydın bir nəticə verir: yuxu apnesi müalicə olunmazsa, bu, proqressiv, həyati təhlükə yaradan bir vəziyyətə səbəb ola bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə