“Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib

Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib
11 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Ümummilli Lider H.Əliyevin anım gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilib. İlk öncə forum iştirakçıları və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin büstü önünə gül çələngi və tər güllər düzüblər.
Forumda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi Vüqar Əsgərov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim, t.e.d. Bəxtiyar Musayev, Dövlət Gömrük Komitəsində könüllülük hərəkatının inkişafı çərçivəsində yaradılan 16-cı “Könüllü gömrükçü” dəstəsinin könüllü gömrükçüləri iştirak ediblər.
Tədbirlə bağlı çarxı Sizə təqdim edirik
ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə