“Həkimlərimizi tanıyın!” rubrikamızda şəfalı əlləri ilə minlərlə insanı sağlamlığına qovuşduran, onlara sağlam ürək bəxş edən Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi, uzman ürək-damar cərrahı Elməddin Əliyevi təqdim edirik.
Dr.Elməddin Əliyev Mərkəzi Gömrük Hospitalının Ürək Damar Cərrahiyyəsi şöbəsində aort cərrahiyyəsini, qazanılmış ürək xəstəliklərinin cərrahiyyəsini, Aorto koronar şuntlama əməliyyatını, intaortik balon pompasının tətbiqini və ürək-damar xəstəliklərinin cərrahiyyəsini uğurla həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/elmeddin-aliyev/
Elməddin həkim 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirdikdən sonra, 2007-2013-cü illərdə Türkiyənin Ege Universitetinin Ürək-damar cərrahiyyəsi fakültəsində təhsilini davam etdirmişdir. O, eyni zamanda, 2011-ci ildə ABŞ-ın Texas A&M Universitetində süni ürək proqramında çalışmış, 2012-ci ildə SCOTT & WHITE Hospitalında kardiotorakal cərrahiyyə kursu keçmişdir. Əmək fəaliyyətinə 2013-cü ildə Türkiyədə Ege Universitetinin Ürək-damar cərrahiyyəsi kafedrasında ürək cərrahı kimi başlamışdır. O, 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında Ürək-damar Cərrahiyyəsi şöbəsinin rəisi, ürək-damar cərrahı kimi fəaliyyət göstərir.
Dr.Elməddin Əliyev daim öz üzərində çalışan, dünya tibbinin nailiyyətlərini izləyən və təcrübəsində bu nailiyyətlərdən yararlanan həkimdir. O, 2012-ci ildə Türkiyədə keçirilən Ürək və Damar cərrahiyyəsi dərnəyinin XII beynəlxalq konqresində, 2013-cü ildə Türkiyədə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin ekstrakorporal qan dövranı dəstəyi mövzusunda ixtisasartırma kursunda və Azərbaycanda və ölkə xaricində öz sahəsi üzrə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak edib. O, Azərbaycan Kardiologiya Cəmiyyətinin və Türk Ürək-Damar Cəmiyyətinin üzvüdür. Dr. Elməddin Əliyevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB