Həkimlər Honkonq qripində unikal bir şey olmadığını bildiriblər...

…Honkonq qripi Rusiyanın 12 bölgəsində dominant virusa çevrilib. Lakin həkimlər virusun özünəməxsus bir xüsusiyyəti olmadığını və peyvəndin infeksiyadan qoruya biləcəyini söyləyirlər.

Beləliklə, SİA-nın məlumatına görə, həkimlər Honkonq qripinin geniş yayılmış H3N2 virusu olduğunu, buna görə də onun özünəməxsus və ya təhlükəli bir xüsusiyyəti olmadığını bildiriblər.

Rusiyanın RT Telegram kanalı ilə söhbətində immunoloq Vladimir Bolibok peyvəndin xəstəliyin qarşısını almağın ən yaxşı yolu olduğunu vurğulayıb.

İnfeksiya baş verərsə, xəstəliyi yüksək hərarət, baş ağrısı, bədən və boğaz ağrıları, halsızlıq, quru öskürək və burun tıkanıklığı ilə tanımaq olar.

Bəzi hallarda xəstəlik ishal və ürəkbulanma ilə müşayiət olunur. İstirahət, bol maye qəbulu, temperaturun ölçülməsi və antiviral dərmanlar sağalmanı sürətləndirməyə kömək edə bilər.

Mütəxəssis vurğulayıb ki, qrip viruslu və ya bakterial pnevmoniyaya səbəb ola bilər və xroniki ürək, damar və ağciyər xəstəliklərini şiddətləndirə bilər.

Xəstəlik xüsusilə yaşlılar və kiçik uşaqlar üçün təhlükəlidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə