"Mərkəzdə yeni xidmətlərin tətbiqi xüsusi diqqət mərkəzindədir" - MƏRKƏZİN DİREKTORU

“Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin əlçatanlığının artırılması və infrastrukturun gücləndirilməsi istiqamətində var qüvvemizle çalışırıq” . Bu sözləri media nümayəndələrine açıqlamasında Xəzər tibb mərkəzinin direktoru Mübariz Ağayev bildirib.

Onun sözlərinə görə, təyin olunduğum gündən etibarən Xəzər Tibb Mərkəzinin hər bir vətəndaş üçün daha əlçatan və funksional tibbi müəssisəyə çevrilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: "Mərkəzdə yeni xidmətlərin tətbiqi xüsusi diqqət mərkəzindədir. Hazırda müəssisədə katarakta (kape) əməliyyatları uğurla icra olunur və bu sahənin daha da inkişaf etdirilməsi üçün gələcəkdə kape MRT cihazları ilə təchizat üzrə işlər davam etdirilir. Eyni zamanda, bölgədə hemodializ xidmətlərinə olan tələbat nəzərə alınaraq, xəstələrin həyat şəraitini yaxşılaşdırmaq və müalicə prosesini optimallaşdırmaq məqsədilə hemodializ cihazlarının mərkəzə gətirilməsi planlaşdırılır. Bu, yaxın perspektivdə əsas prioritetlərdən biri kimi müəyyən olunub.

Son aylarda Xəzər Tibb Mərkəzində müasir oftalmoloji xidmətlərin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Artıq göz dibində “Avestin” preparatının inyeksiyası iki aydır ki, uğurla həyata keçirilir. Bununla yanaşı, sinir sistemi xəstəliklərinin diaqnostikasında MQ cihazından, ürək-damar patologiyalarının aşkar edilməsində isə tredmil testindən fəal şəkildə istifadə olunur.

Mərkəzin laboratoriyası ən müasir standartlara uyğunlaşdırılıb və geniş diaqnostik imkanları ilə xəstələrin yüksəkkeyfiyyətli xidmət almasına şərait yaradır. Ümumilikdə məqsədimiz tibbi xidmətlərin keyfiyyətini yüksəltmək, çeşidini genişləndirmək və region əhalisinin sağlamlıq ehtiyaclarını daha effektiv şəkildə qarşılamaqdan ibarətdir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə