Vətəndaş müraciətləri üzrə ən çox müraciət olunan sahələr bəlli oldu - Zamirə Əbilova
“Media nümayəndələrinə təşəkkürümü bildirirəm. Qurumumuza daxil olan müraciətlərlə bağlı statistik məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Ötən dövr ərzində ümumilikdə 11 508 müraciət qeydə alınıb və onlardan 64-ü araşdırılması üçün aidiyyəti üzrə yönləndirilib. Vətəndaşların elektron formada müraciət imkanları daha da genişləndirilib və bu istiqamətdə sistemli işlər davam etdirilir. Müraciətlərin əsas hissəsi işə qəbul, müayinə-müalicə, əlillik məsələləri və dərman təminatı ilə bağlıdır”. SİA xəbər verir ki, bu fikirləri TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin rəhbəri Zamirə Əbilova TƏBİB-in təşkilatçılığı ilə Xəzər rayonunda yerləşən Xəzər Tibb Mərkəzində media nümayəndələri üçün keçirilən xüsusi media turu zamanı səsləndirib.
Zamirə Əbilova bildirib ki, əhalinin müraciətlərinə operativ və şəffaf yanaşma TƏBİB-in əsas prioritetlərindən biridir:
“Elektron platformaların işinin təkmilləşdirilməsi və müraciətlərin daha səmərəli idarə olunması vətəndaş məmnuniyyətinin artırılmasına xidmət edir. Müraciətlərin dinamikası göstərir ki, insanlar tibbi xidmətlərlə bağlı məsələlərdə daha rahat kommunikasiya imkanları əldə ediblər”.
Departament rəhbəri media ilə əməkdaşlığın vacibliyini də vurğulayıb:
“Media bu prosesdə mühüm rol oynayır. TƏBİB-in fəaliyyətinin ictimaiyyətə dolğun çatdırılmasında göstərdiyiniz dəstəyə görə sizə bir daha təşəkkür edirəm”.
Müəllif: Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB