Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatologiya şöbəsi istifadəyə verilib.
Bu barədə SİA-ya TƏBİB-dən məlumat verilib.
Yeni yaradılan Travmatologiya şöbəsi müasir tibbi avadanlıqlarla tam təchiz olunub və pasiyentlərin müayinə, müalicə prosesinə cəlb olunması istiqamətində bütün zəruri tibbi şərait yaradılıb.
Şöbə travmatoloji xəstəliklərin müalicəsi üzrə geniş əməliyyat imkanlarına malikdir. Burada açıq və qapalı osteosintez, vətərlərin plastikası, oynaq ortroplastikası və digər əməliyyatların icrası mümkündür.
Travmatologiya şöbəsində pasiyentlərə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün ehtiyac olan kadr heyəti də tam formalaşdırılıb. 15 ədəd çarpayı fondundan ibarət olan şöbədə 3 həkim-travmatoloq, 9 tibb bacısı, 2 kiçik tibb bacısı və 2 sanitar qadın fəaliyyət göstərir.
Tibb müəssisəsində Travmatologiya şöbəsinin istifadəyə verilməsi region əhalisinin travmatoloji xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, təcili vəziyyətlərdə zamanında müdaxilə imkanlarını artıracaq və pasiyent məmnuniyyətinin yüksəldilməsinə töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB