"Ümumiyyətlə, hələ COVID-19 pandemiyasından əvvəl Dünya Səhiyyə Təşkilatı bizi qrip pandemiyasının gözlədiyini proqnozlaşdırmışdı. Bu, düzgün və elmi əsaslı bir proqnozdur". Bu sözləri SİA-ya açıqlamasında tibb üzrə elmləri doktoru Adil Qeybulla deyib.

O bildirib ki, qrip pandemiyası bəşəriyyəti nə vaxtsa haqlaya bilər, çünki mutasiyaya uğrayan viruslar zaman-zaman daha yoluxucu (kontagios), daha tez yayılan və daha virulent formalara keçirlər: "Koronavirus pandemiyası bir çox şeyləri arxa plana atdı. Amma SARS-CoV-2 virusunun yaratdığı pandemiyanın eyni formada təkrar yaşanması artıq mümkün görünmür, çünki həmin pandemiyanın infeksion zənciri demək olar ki, qırılıb.
Hazırda sadəcə epidemiyalar mövcuddur, mutasiyalar isə davam edir. Omikron ştamı və digər variantlar göstərir ki, koronavirus qrip kimi hər il ortaya çıxa bilər və ya orqanizmdə uyğunlaşaraq sitomeqalovirus və ya herpes virusu kimi “oturmuş” viruslara çevrilə bilər. Bunu zaman göstərəcək.
Hər halda, koronavirus artıq soyuqdəymə və tənəffüs yolları infeksiyası törədən viruslar qrupuna daxil olub. Yaxın zamanlarda pandemiya potensiallı bir virusun ortaya çıxacağı ehtimalı azdır. Amma istənilən anda hər şey baş verə bilər və biz bütün sürprizlərə hazır olmalıyıq. Üstəlik, pandemiya təkcə Azərbaycanda olmur. Bu, qlobal bir prosesdir və ən azı dünya miqyasında yayılmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB