2027-ci ildən uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta hesabına aparıla bilər
"Uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsi üçün 2027-ci ildən başlayaraq İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi məqsədilə layihə hazırlanır". SİA-nın məlumatına görə, bu sözləri Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, icbari tibbi sığorta çərçivəsində gələn ildən ürək-damar, 2028-ci ildən mədə-bağırsaq və 2029-cu ildən etibarən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri həyata keçiriləcək: "Əhalinin sağlamlığı, keyfiyyətli səhiyyə xidmətləri və dərman vasitələri üçün səhiyyə xərclərinə 2 milyard manatdan çox vəsait nəzərdə tutulur".
Müəllif: Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB