Həkim Honkonq qripinin yeni ştammı haqqında danışıb...

...Bu arada rusiyalı həkim Olqa Zıkova, cari epidemiya mövsümündə aktiv şəkildə yayılan Honkonq qripinin xüsusiyyətləri haqqında məlumat paylaşıb.

O qeyd edib ki, virusun bu ştammı infeksiyadan sonra simptomların sürətli inkişafı ilə xarakterizə olunur.

Xəstəliyin ilk əlamətləri yoluxmuş şəxslə təmasdan sonra bir-iki gün ərzində görünə bilər və bu da insanların sağlamlıqlarına əlavə diqqət yetirməsini tələb edir.

A (H3N2) qrip virusu ölkədə dominant ştammdır və laboratoriyada diaqnoz qoyulmuş halların əksəriyyətini təşkil edir.

Bu qripin klinik mənzərəsi digər tənəffüs yoluxucu xəstəliklərinə bənzəyir, lakin onun təhlükəsi ağırlaşma riskinin yüksək olmasındadır.

SİA-nın məlumatına görə, TASS xəbər verir ki, xəstəlik tez-tez pnevmoniyaya səbəb olur və tənəffüs yollarında və eşitmə orqanlarında iltihabi proseslərə, məsələn, sinusit, frontal sinusit, eləcə də otitə səbəb olur.

Mütəxəssis özünümüalicədən çəkinməyi və infeksiyanın ilk əlamətlərində tibbi yardım almağı tövsiyə edir.

Vaxtında tibbi yardım ciddi sağlamlıq nəticələrinin qarşısını ala bilər.

Peyvənd ən təsirli qorunma üsulu olaraq qalır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə