Şirniyyatların insan orqanizminə mənfi təsiri təkzib edilir...

...İstehlak edilən şirniyyat miqdarı diabet və ürək-damar xəstəliklərinin inkişaf riskinə təsir etmir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Medical Xpress altı aylıq bir araşdırmanın müəlliflərinə istinadən bildirib.

Alimlər pəhrizdəki şirniyyat miqdarının azaldılmasının dad üstünlüklərini dəyişdirə və fiziki sağlamlığa təsir edib-etmədiyini sınaqdan keçiriblər.

Tədqiqatda şirinlik səviyyəsinə görə üç qrupa bölünən 180 könüllü iştirak edib: yüksək, aşağı və orta.

Altı ay ərzində iştirakçılar təyin olunmuş pəhrizə əməl edib və dad üstünlüklərini, bədən çəkisini və ürək-damar xəstəlikləri və diabet riskinin biomarkerlərini qiymətləndirən müntəzəm müayinələrdən keçiblər.

Tədqiqatçılar şirinlik qavrayışında, çəkidə və ya metabolik parametrlərdə əhəmiyyətli fərqlər aşkar etməyiblər. Tədqiqatın müəllifləri hesab edirlər ki, sağlamlıqlarına qayğı göstərənlər həm şəkəri, həm də yüksək kalorili qidaları azaltmağa diqqət yetirməlidirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə