Yemək yeyərkən soyuq su içməyin...

...Yemək yeyərkən soyuq su içmək vərdişi qaz istehsalının artmasına səbəb olur.

SİA-nın məlumatına görə, bu barədə rusiyalı qastroenteroloq bildirib.

Mütəxəssis qeyd edib ki, qidanı soyuq içkilərlə birləşdirmək təbii həzm prosesini pozur.

Aşağı temperatur mədə divarlarının büzülməsinə səbəb olur və bu da tam həzm olunmamış qidanın bağırsaqlara daxil olmasına imkan verir.

Bundan əlavə, bu, toxluq hissini gecikdirir, zamanla həddindən artıq yeməyi və çəki almağı asanlaşdırır.

Soyuq su həzm sisteminin təbii müdafiəsini zəiflədir və zəhərli infeksiyaların inkişafı üçün əlverişli şərait yaradır. Əgər insanda kəskin mədə-bağırsaq xəstəlikləri varsa, soyuq içki selikli qişaya mənfi təsir göstərəcək və iltihabı tətikləyə bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə