Orta əsrlər vəba epidemiyası vulkan püskürmələri ilə əlaqələndirilir...

...Ümumilikdə, onlar atmosferə təxminən 1991-ci ildə Pinatubo dağının püskürməsi ilə eyni miqdarda kül və aerozol buraxdılar.

Bu, Avropada iqlimin soyumasına səbəb oldu.

SİA xəbər verir ki, Kembric mətbuat xidmətinin məlumatına görə, paleoklimatoloqlar orta əsrlər "Qara ölüm"ün, yəni vəba epidemiyasının qismən 1345-ci ildə baş verən bir sıra vulkan püskürmələri nəticəsində yarandığını aşkar ediblər.

Bu püskürmələr Avropada iqlimin soyumasına səbəb olub və İtaliyanın ticarət respublikalarını Qızıl Ordanın Qara dəniz limanlarından taxıl idxal etməyə məcbur edib.

Şərqi Avropa Tarixi və Mədəniyyəti İnstitutunun elmi işçisi Martin Baux qeyd edib ki, Qara ölümdən əvvəlki Avropadakı vəziyyət ərzaq təhlükəsizliyi və aclıq baş verməsi baxımından öyrənilib.

Bu aclıqlarla mübarizə aparmaq üçün İtaliya ticarət respublikaları Aralıq dənizi və Qara dənizlərdə geniş ticarət yolları şəbəkəsi yaratdılar. Lakin bu sistem daha böyük bir fəlakətə səbəb oldu.

Baux və Kembricin professoru Ulf Büntgen, 1347-ci ildə pandemiyanın başladığı Cənubi İtaliyaya vəba patogeninin necə daxil olmasının mexanizmlərini araşdırarkən bu nəticəyə gəldilər.

Alimlərin ağac halqalarının və digər paleoklimatik göstəricilərin təhlili, eləcə də tarixi dəlillər göstərdi ki, vəba epidemiyası 1345-ci ildə tropiklərdə baş verən bir sıra vulkan püskürmələri ilə əlaqəlidir.

Ümumilikdə, onlar atmosferə təxminən 1991-ci ildə Pinatubo dağının püskürməsi ilə eyni miqdarda kül və aerozol buraxdılar. Bu, sonrakı üç il ərzində Avropa yay iqliminin soyumasına səbəb oldu.

Şimali İtaliyada üzüm və taxıl məhsulunun məhv olması ilə əlaqəli epizodlar Venesiya, Genuya, Florensiya və digər ticarət respublikalarının hakimiyyətini yeni qida mənbələri axtarmağa vadar etdi.

Bunlardan biri də Qızıl Orda idi, o, Kaffanın mühasirəsindən və İtaliya Dəniz Respublikaları Liqası ilə uğursuz müharibədən sonra taxıl ixracına qoyulan qadağanı ləğv etdi və Venesiya tacirlərinə ticarət nizamnaməsi verdi. İqlimoloqların təhlili göstərir ki, vəba Qızıl Ordadan taxılla birlikdə İtaliyaya da daxil olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə