Son illərdə özəl səhiyyə sektorunda müşahidə olunan qiymət dəyişiklikləri təsadüfi proses deyil, bir neçə iqtisadi və idarəetmə amillərinin kəsişməsi ilə formalaşan obyektiv reallıqdır. İlk növbədə, tibbi avadanlıqların və dərman vasitələrinin idxaldan asılı olması qiymətlərin dünya bazarındakı dalğalanmalara həssaslığını artırır. Valyuta məzənnəsinin dəyişməsi, logistika xərclərinin artması və texnoloji yenilənmələr klinikaların xidmət dəyərini birbaşa bahalaşdırır.
Bununla yanaşı, özəl klinikaların rəqabət mühiti də qiymət siyasətinə təsir edən vacib faktordur. Müasir tibbi xidmətin göstərilməsi üçün klinikalar daha ixtisaslı kadrlar cəlb etməyə, infrastrukturunu yeniləməyə və pasiyent təhlükəsizliyini artırmağa çalışır. Bu investisiyalar isə xidmətlərin maya dəyərinə daxil edilir. Digər tərəfdən, səhiyyə xidmətinə olan tələbatın artması, əhalinin özəl sektorun keyfiyyətinə üstünlük verməsi klinikaların bazar mexanizmləri əsasında qiymət strategiyasını dinamik şəkildə yeniləməsinə səbəb olur.
Məsələ ilə bağlı SİA Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələr hər biri sahibkar subyektləridirlər. Onları seçim etmək isə vətəndaşın hüququdur.
Məlumat üçün nəzərinizə çatdırılır ki, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl tibb müəssisələrində xəstələrə göstərilən tibbi xidmətlərin tarifləri tibb müəssisələri ilə xəstələr arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tibbi xidmətin göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir”.
Günay Hacıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB