Qırmızı ət istehlakı bağırsaq xərçəngi riskini artırır..?

Alimlər təhlükəli bir xərçəng növünün inkişafına səbəb olan qidanı müəyyən ediblər...

...Kalsium qəbul etməklə yoğun bağırsaq xərçənginin inkişaf riskini 17 faiz azaltmaq olar.

Bu, gündə bir stəkan süd deməkdir.

SİA xəbər verir ki, The Mirror-a görə, pəhriz bağırsaq xərçənginin, xüsusən də qırmızı ət və emal olunmuş qidaların istehlakının inkişaf riskini artıran amillərdən biridir.

Bu xərçəng növü Britaniyada ən çox yayılmış dördüncü xəstəlikdir. Narahatedici bir tendensiya müşahidə olunur: xəstəlik getdikcə daha gənc insanlarda inkişaf edir.

Məsələn, 2019-cu ildə 55 yaşdan kiçik xəstələr kolorektal xərçəng hallarının 20 faizini təşkil edirdi ki, bu da 1995-ci ildəki göstəricidən iki dəfə çoxdur.

Məqalənin müəllifi Nature Communications jurnalında dərc olunmuş bir araşdırmaya istinad edərək qeyd edib ki, müntəzəm pəhrizlə yanaşı, gündə 300 milliqram kalsium qəbul etməklə yoğun bağırsaq xərçənginin inkişaf riskini 17 faiz azaltmaq olar.

Tədqiqatda Oksford alimləri 542.000-dən çox qadının məlumatlarını təhlil ediblər. Onlar süd məhsulları və B2 vitamini, maqnezium, fosfor və kaliumla zəngin qidalar istehlak edən insanların kolorektal xərçəngə tutulma riskinin daha aşağı olduğunu aşkar etdilər.

Bu miqdarda kalsium bir stəkan süddə, üç xörək qaşığı çia toxumunda və ya bir porsiya yunan qatığında olur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə