Transplantasiya edilmiş donuz böyrəyi insan bədəni ilə mübarizə aparır..?

...Alimlər donuzlarda insan transplantasiyası üçün yetişdirilən böyrəklərin ikili immun reaksiyası yaratdığını aşkar ediblər. Nəticədə, rədd edilmə təkcə alıcının immunitetinə deyil, həm də donor orqanına görə baş verir.

Genetik modifikasiya olunmuş donuz böyrəyinin insana köçürülməsi prosesin ikili immun reaksiyası ilə müşayiət olunduğunu göstərib.

Rədd edilmə təkcə alıcının immun reaksiyasına deyil, həm də köçürülmüş orqanda mövcud olan donuzun immun hüceyrələrinə görə baş verir.

Alimlər qeyd ediblər ki, "Donor orqanında mövcud olan fitri immun hüceyrələri böyrəyi əhatə edən insan toxumasına aktiv reaksiya verməyə başlayır ki, bu da bizim üçün sürpriz oldu".

SİA xatırladır ki, donuzdan insana ilk böyrək transplantasiyası dörd il əvvəl həyata keçirilib.

O vaxtdan bəri daha doqquz belə əməliyyat həyata keçirilib. Hər transplantasiya ilə alimlər yeni məlumatlar əldə ediblər və bu da immunosupressiv dərmanların optimal kombinasiyasını müəyyən etməyə və transplantasiya texnikasını təkmilləşdirməyə kömək edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə