Mərkəzi Gömrük Hospitalının gömrükçü pasiyenti Leyla Həsənovanın təşəkkür məktubunu Sizə təqdim edirik.
“Mərkəzi Gömrük Hospitalının rəhbərliyinə və bütün kollektivinə doğuş zamanı göstərdikləri yüksək səviyyəli tibbi xidmət, diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm.
Xüsusilə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi- baş həkim Bəxtiyar Musayev başda olmaqla mama-ginekoloq Dr. Təranə Bayramovaya, doğumxana şöbəsində çalışan bütün tibb personalına, gülərüz və diqqətcil qeydiyyat əməkdaşlarına, eləcə də Xəstə Xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılovaya təşəkkür edirəm.
Doğumxanada hər bir xəstəyə fərdi yanaşma, səmimi diqqət və qayğı ilə yanaşılması xüsusi qeyd olunmalıdır. Hər kəs öz işinə məsuliyyətlə və ürəklə yanaşır.
Hər birinizin səmimi münasibəti, peşəkarlığı və dəstəyi sayəsində doğuş prosesim çox rahat və etibarlı keçdi. Mərkəzi Gömrük Hospitalını bütün gələcək analara ürəkdən tövsiyə edirəm!”
Gömrükçü pasiyent Leyla Həsənova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB