Cari ilin 10 ayında transplantasiya əməliyyatı icra edilmiş xəstələrin sayı açıqlanıb

2025-ci ilin 10 ayında böyrək üzrə 80-ə, qaraciyər üzrə 50-yə, sümük iliyi üzrə 30-a yaxın transplantasiya əməliyyatı icra edilib. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, transplantasiya əməliyyatı həyata keçirilən xəstələrin vəziyyəti ümumilikdə qənaətbəxşdir.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi, həmçinin transplantasiya növbəsində dünyasını dəyişən xəstələrlə bağlı sualı cavablandırıb. “Təəssüf ki, son illərdə təqribən 30-a yaxın qaraciyər, 10-dan çox isə böyrək transplantasiyası üçün namizəd olan xəstə müxtəlif səbəblərdən əməliyyat vaxtına çatmadan vəfat edib. Bu fakt insanların donorluğa könüllü razılıq verməsinin və ölkədə donor sayının artmasının nə qədər vacib olduğunu bir daha göstərir. Çünki hər donorun qərarı bir neçə insana yeni həyat bəxş edə bilər”,- deyə məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə