GMO tərkibli meyvə tərəvəzlər bazarlara necə ayaq açıb? - QİDA EKSPERTİ AÇIQLADI

“GMO tərkibli meyvə tərəvəzlərin bazarlara ayaq açmasının səbəbi bəllidir”. Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Amalya Rəhimova bildirib.

Onun sözlərinə görə, yəni sağlıq yox, satış naminə bitkilərin xassə və xüsusiyyətlərinin planlı şəkildə dəyişdirilməsi, satışa uyğun tərəflərinin qabardılması (əlvan rəng, böyük ölçü və s). Bu işin iqtisadi tərəfi ki, sıravi əhali, xüsusən də şəhər əhlinin buna təsir və təzyiq gücü yoxdur: “Amma sizin (media) və bizim (həkimlər) sayəmizdə əhalinin maarifləndirilməsi bu problemin çözümundə faydalı ola bilər. Belə ki, fəsildən kənar, yəni qeyri -mövsümi tərəvəz və meyvə nə qədər faydalıdır ki, o qiymətə alınsın? Ekzotik, əcnəbi meyvə - tərəvəz nə qədər uyğundur bizim həzm imkanlarımıza ki, bunlar geniş istifadə olunur?

Həm qeyri -mövsümi, həm əcnəbi qidalar insan sağlamlığına ciddi zərər vuraraq, bir tərəfdən onu satanları, digər tərəfdən farmindustriyanı zənginləşdirir. Mən əhaliyə yalnız mövsümi meyvə tərəvəzdən istifadə etməyi tövsiyyə edirəm. Əsasən yaşadığı regionda bitən meyvə tərəvəzdən istifadə etmək daha faydalıdır”.

Müəllif: İlkin Məmmədkərimov

Bütün xəbərlər Facebook səhifəmizdə