Aspirinin başqa bir faydalı təsiri olduğu aşkar edilib…

Şəkərli diabet xəstələrinə kömək edəcək…

...Pitsburq Universitetinin tədqiqatçılarına görə, aşağı dozada aspirin qəbul etmək, 2-ci tip diabetli yetkinlərdə ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir.

SİA-nın məlumatına görə, tədqiqatın nəticələri 2025-ci il Amerika Ürək Assosiasiyası Konfransında (AHA25) təqdim olunacaq.

Əvvəllər aparılan böyük klinik sınaqlar aspirinin ürək-damar xəstəliyi olmayan insanlarda ilkin profilaktika üçün əhəmiyyətli bir fayda vermədiyini göstərdi.

Yeni bir araşdırmada tədqiqatçılar, ürək tutmaları və insultlar üçün risk faktoru kimi tanınan 2-ci tip diabetdə dərmanın mümkün təsirlərini aydınlaşdırmağa çalışdılar.

Tədqiqatçılar qrupu, 2-ci tip diabetli və ürək-damar ağırlaşmalarının orta və yüksək riskli 11.000-dən çox yetkinin elektron sağlamlıq qeydlərini təhlil edib.

Aspirin istifadəsinin müddəti, qlükoza nəzarəti və həkim göstərişlərinə riayət edilməsi nəzərə alındı.

Təhlil göstərdi ki, müntəzəm olaraq aşağı dozada aspirin qəbul edən iştirakçılarda 10 il ərzində ürək tutması, insult və ya ölüm riski xeyli aşağı idi.

Beləliklə, bu qrupda ürək tutması nisbəti aspirin istifadə etməyənlərdə 61,2 faizə qarşı 42,4 faiz təşkil etdi.

İnsult riski demək olar ki, iki dəfə azaldı - 24,8 faizə qarşı 14,5 faiz- və bütün səbəblərdən ölüm nisbəti 50,7 faizə qarşı 33 faiz təşkil etdi. Alimlərin fikrincə, təsir xüsusilə bütün müşahidə müddəti ərzində davamlı olaraq aspirin qəbul edən iştirakçılarda özünü daha qabarıq şəkildə göstərib.

Lakin tədqiqatçılar tədqiqatlarının məhdudiyyətlərini qeyd edirlər: onlar qanaxma riski yüksək olan insanları istisna ediblər və mənfi hadisələr izlənilməyib.

Alimlər vurğulayırlar ki, aspirin təyin edərkən xəstənin fərdi riskini nəzərə almaq vacibdir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə