Bəzi xərçəng növləri sirkadian ritmlər pozulduqda daha sürətli böyüyür...

...Sirkadian ritminin pozulması insanın sağlamlığına mənfi təsir göstərməklə yanaşı, xərçəng riskini də artırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müxtəlif xərçəng növləri ilə əlaqəli olan MYC geninin sirkadian ritmlərdən məsul olan genlərlə aktivlikdə üst-üstə düşdüyü aşkar edilmişdir.

Con Hopkins Universitetinin professoru Çi Van Danq, sirkadian ritminin pozulmasının ümumi sağlamlığa mənfi təsir göstərdiyini və xərçəng riskini artırdığını bildirib.

O, öz tədqiqatında xərçəngin inkişafı ilə əlaqəli olan MYC geninin sirkadian ritmlərdən məsul olan genlərlə aktivlikdə üst-üstə düşdüyünü aşkar edib.

Əlavə tədqiqatlar bəzi xərçəng növlərinin xroniki yuxu çatışmazlığı olan insanlarda daha sürətli inkişaf etdiyini təsdiqləyib.

Məsələn, yuxunun pozulması döş, qaraciyər və ağciyər xərçəngi riskini artırır.

Bu arada, lösemi və beyin şişlərində daxili saatın pozulması hüceyrə böyüməsini ləngidir.

Əldə edilən məlumatlara əsasən, xronoterapiya adlı yeni bir sahə hazırlanmışdır.

Bu metod xərçəng müalicəsini xəstənin bioritmlərinə uyğunlaşdırır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə