Dabaq xəstəliyi ilə bağlı nələri bilməliyik? - ŞƏHƏR SAKİNLƏRİ DANIŞDI - SORĞU
Son günlərdə kənd təsərrüfatı sahəsində gündəmə gələn mühüm məsələlərdən biri də mal-qara arasında yayılan dabaq xəstəliyinə insanların münasibətidir. Əvvəllər bir çox ailələr üçün ət gündəlik qida rasionunun əsas tərkib hissəsi hesab olunurdu və insanlar heyvan sağlamlığı barədə çox düşünmürdülər. Lakin son vaxtlar xəstəliyin yayılması, xüsusilə də informasiya məkanında bu mövzuya dair xəbər və müzakirələrin artması bəzi vətəndaşlarda narahatlıq yaradıb.
Digər tərəfdən, bəzi insanlar hesab edir ki, baytarlıq xidmətləri tərəfindən aparılan vaksinasiya və nəzarət tədbirləri kifayət qədər effektlidir və panikaya ehtiyac yoxdur. Onların fikrincə, düzgün yoxlanmış və rəsmi şəkildə satılan ət məhsullarının istifadəsi insan sağlamlığı üçün təhlükə yaratmır. Lakin bunun tam əksini düşünənlər də var: onlar profilaktikadan asılı olmayaraq ehtiyatı əldən verməməyi, xüsusən də qeyri-rəsmi mənbələrdən ət almaqdan çəkinməyi məsləhət görürlər. Beləliklə, məsələ cəmiyyətdə birmənalı qarşılanmır. Kimisi təhlükəsizlik baxımından diqqətli davranmağı vacib sayır, kimisi isə gündəlik həyat tərzini dəyişmədən ət istifadə etməyə davam edir. Maraqlıdır, insanların bu mövzuda qərar verməsinə daha çox nə təsir edir — sağlamlıqla bağlı qorxu, yoxsa illərlə formalaşmış qida vərdişləri və ənənələr? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu aparıb.

Şəhər sakini Cəlalə Arora: “Mən bu yaxınlarda bu xəbəri eşitdim. Heç vaxt bazardan mal əti almıram. Mal ətini supermarketdən alıram. Düşünürəmki supermarketlər daha güvənlidir. Çünki supermarketlərdə satılan mal ətində dananın və yaxud inəyin vaksinasiyasına diqqət edirlər. Supermarketlərdə satılan mal ətinin haradan gəldiyi məlumdur. Ancaq bazarlarda ətin hardan gəldiyi məlum deyil. Supermarketdən əti rahatlıqla alıram”.

Şəhər sakini Sevinc Əliyeva: “Dövlət qurumlarının etdiyi xəbərdarlığı ciddiyə alıram. Xəbərdarlıqdan sonra mal əti almıram. Ancaq toyuq və balıq əti alıram. Toyuqda yalnız kənd toyuğu alıram. Xəstəlik bitdikdən sonra mal əti almağa davam edəcəm. Xəstəliyə qədər mal əti alırdım. Ancaq xəstəlik yayılandan sonra mal əti almıram. Hərdən qoyun əti alıram. Xəstəliyə görə mal ətini qoyun əti ilə əvəzləmişəm. Çünki iri heyvan ətlərini almasan olmur. Xəstəlik bitdikdən sonra təbiiki mal əti almağa davam edəcəm”.

Şəhər sakini Rəna Salamova: “Mal-qara arasında dabaq xəstəliyi keçmişdə də olub. Ancaq insana keçməyib. Mal ətinin ətini yemişik ancaq suyunu yeməmişik. Birdə xəstə heyvanın südünü içmirdik. Dövlət qurumlarının xəbərdarlığını ciddiyə almıram. Mal əti almağa davam edirəm. Təki Allah hər zaman mənə pul yetirsin ət alım yeyim”.

Şəhər sakini Sahilə Orucova: “Təbiiki dövlət qurumlarının xəbərdarlığını ciddiyə alıram. Mal əti almağa davam edirəm. Ancaq supermarketlərdən mal əti alıram. Küçə ticarəti ilə məşğul olanlardan mal əti almıram. Ümid edirəm ki, dövlət supermarketlərdə satılan ətlərə nəzarət edir. Yəni inanıramki supermarketlərdə satılan mal ətləri peyvənd olunmuş ətlərdir. Yəni supermarketlərdə satılan mal ətləri mənşəyi məlum olan ətlərdir".

Şəhər sakini Zemfira Qədirova: “Mən 37 ildir şəkər xəstəsiyəm. Xəstəliyə görə qorxuram mal əti almıram. Ancaq toyuq və balıq əti alıram. Toyuq əti də qətiyyən broyler toyuğu almıram. Kənd toyuğu alıram. Kənd toyuğunu da rayondan gətizdirirəm, 1 ədədini 15 manata alıram. Kənd toyuğu təbii məhsuldur. Xəstəlik bitdikdən sonra yenidən mal əti almağa davam edəcəm”.

Şəhər sakini Sabir Muradov: “Əlbəttə dabaq xəstəliyi yolxucu xəstəlikdir. Təbiiki mal əti alarkən araşdırırıq, aldığımız ətin sertifikatına baxırıq. Mənim 80 yaşım var. Dabaq xəstəliyi əvvəlki dövrdə də olub. Bu xəstəlikdən heç kim ölməyib. Xəsəliyə yoluxan heyvanda heç ölmür. Xəstəlik heyvanın ayağında olur. Birdə heyvanın ağızından su axır. Bu xəstəliyə yoluxan heyvanı heç kəsmirlər. Mən kənd uşağıyam. Ona görə məlumatım var. Xəstəlik tutan heyvan dərhal kəsilməlidir. Əgər sahibkarın heyvanı saxlamaq fikiri varsa, bu xəstəlik elədirki, heyvan ətini tökür. Sahibkar heyvanın sağalmasını gözləməlidir”.

Şəhər sakini Anar Zeynalov: “Dövlət qurumlarının xəbərdarlığından sonra mal əti almamışam. Mal ətinin yerinə toyuq və balıq əti alıram. Xəstəlik bitdikdən sonra mal əti almağa davam edəcəm. Toyuq əti isə həm broyler toyuğu, həmdə kənd toyuğu alıram”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
                                                    .jpg) 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB