“Medinex 2025” sərgisi ikinci günündə işinə davam edir

Bakıda Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi (Medinex 2025) ikinci günündə işinə davam edir. SİA xəbər verir ki, sərgi çərçivəsində keçirilən panellərdə “Dialoqdan əməkdaşlığa: Ukrayna və Azərbaycanın əczaçılıq imkanları”, "TAVI: Müasir kardiocərrahiyyədə minimal invaziv yanaşma", "Tibbi xidmətlərin inkişafında keyfiyyətin idarəolunması və infeksion nəzarət", "Beyin törəmələrinin müalicəsində yeni üfüqlər" və digər mövzular müzakirə olunacaq.

Qeyd edək ki, oktyabrın 30-da başlayan “Medinex 2025” sərgisinin bu gün yekunlaşmağı planlaşdırılır.

“Medinex” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir.

Bütün xəbərlər Facebook səhifəmizdə