...Avropa Ürək Jurnalında (EHJ) nəşr olunan yeni bir araşdırma, ani ürək ölümünə peşəkar qadın bədən tərbiyəçiləri arasında qeyri-adi şəkildə rast gəlindiyini göstərdi. 2005-ci ildən 2020-ci ilə qədər beynəlxalq yarışlarda iştirak edən 9500-ə yaxın idmançının təhlili 32 ölüm faktını aşkar etdi ki, bunların üçdə biri qəfil ürək dayanması ilə bağlıdır. Bu cür ölümlər ən çox peşəkarlar arasında baş verirdi, onların riski həvəskarlarla müqayisədə 20 dəfədən çox idi.
SİA xəbər verir ki, tədqiqatın aparıcı müəllifi, Padua Universitetindən Dr.Marko Vekkiatonun sözlərinə görə, həddindən artıq məşq, susuzlaşdırma, ciddi pəhrizlər və stimulantlardan istifadə ürək-damar sistemini əhəmiyyətli dərəcədə gərginləşdirir.
Bundan əlavə, tədqiqatçılar həyəcanverici bir statistikaya diqqət çəkdilər: qadın bədən tərbiyəsi ilə məşğul olanlar arasında ölümlərin 13 faizi intihar və ya zorakılıq nəticəsində baş verib - bu idman növündə kişilərlə müqayisədə dörd dəfə çoxdur.
Müəlliflər vurğulayırlar ki, ideal bədən formasına can atmaq sağlamlıq üçün yüksək xərclərə səbəb ola bilər. Onlar idman ictimaiyyətini tibbi monitorinq və psixososial risklərə daha çox diqqət yetirməyə, həkimləri isə hətta gənc və zahirən sağlam qadın idmançılar üçün də monitorinq proqramlarına ürək skrininqini daxil etməyə çağırırlar.
Əvvəllər mütəxəssislər bisfenol A (BPA) daxil olmaqla, plastik birləşmələrə artan məruz qalmanın ürəyin elektrik fəaliyyətinin pozulması ilə əlaqəli olduğunu aşkar etdilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə