Dr.Samir Ağalarov Beynəlxalq Uroonkologiya Simpoziumunda çıxış edib

Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin uzman uroloqu Dr.Samir Ağalarov 2 dekabr 2023-cü il tarixlərində Bakı şəhərində keçirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileryinə həsr edilmiş VI Beynəlxalq Uroonkologiya Simpoziumunda iştirakçı və məruzəçi qismində iştirak edib. SİA xəbər verir ki, dr.Samir Ağalarov simpoziumda “Prostat vəzinin hiperplaziyasında Thulium lazerin rolu” mövzusunda təqdimatla çıxış edib. O, bu xəstəliyi olan pasiyentlərdə nə vaxt cərrahi əməliyyat və hansı hallarda dərman müalicəsinin təyin edilməsi haqqında məlumat verib. Tədbirdə Türkiyə, ABŞ, Almaniya, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Azərbaycandan uroonkoloji xəstəliklər üzrə aparıcı mütəxəssislər iştirak ediblər.

Simpoziumda onkologiyanın aktual problemlərimə həsr olunmuş məruzələr dinlənilib, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə