Gömrük orqanlarında xidmət haqqında əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin tibb bacısı, tibb xidməti giziri Solmaz Mövsumova xidmətdə olmanın son yaş həddinə çatdığına görə 29 noyabr 2023-cü il tarixindən etibarən təqaüdə çıxıb.
SİA xəbər verir ki, bununla bağlı 13 dekabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında Solmaz Mövsumovanın təqaüdə yolasalma tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, İnzibati idarəetmənin təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Təcili tibbi yardım şöbəsinin rəisi Fizuli Abışov iştirak ediblər.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbirdə çıxış edərək tibb bacısı Solmaz Mövsumovanın tibbi xidmətlərini yüksək qiymətləndirib, ona gələcək işlərində və şəxsi həyatında uğurlar arzulayıb. Daha sonra İ.Əfəndiyev təqaüdə çıxan Solmaz Mövsümovaya gül dəstəsi və xatirə hədiyyəsi təqdim edib.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının kollektivi tibb bacısı Solmaz Mövsumovaya möhkəm cansağlığı, uzun ömür və bütün işlərində uğurlar arzulayır!.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB