35 saatdan çox işləyənlər depressiyaya düşür - DİQQƏT

35 saatdan çox iş həftəsi insanlarda depressiya əlamətlərinin baş verməsinə səbəb olur. SİA xəbər verir ki, bu, daha çox yaşlı insanlarda yaranır.

Bildirək ki, bu barədə Seul Milli Universitetinin (Cənubi Koreya) tədqiqatçıları araşdırma aparıblar. Araşdırmada yaşı 55-dən yuxarı olan 5,7 mindən çox könüllü insanın iştirak etdiyi qeyd edilir. Alimlər işdə sərf olunan vaxtın sağlam qocalığa nə qədər töhfə verdiyini öyrənmək istəyiblər. İşsizlik emosional stressin səbəbi ola bilər, lakin çox və uzun müddət işləmək də faydalı deyil.

Elm nümayəndələri könüllülərin məşğulluq səviyyəsi və onların sosial həyatının keyfiyyəti ilə bağlı məlumatlar toplayıblar. Həmçinin, subyektlərdən depressiya əlamətlərini müəyyən etmək üçün xüsusi anketlər doldurmaq istənilib. Yaş, cins, ailə vəziyyəti, uşaqlarının və həyat yoldaşının olması, o cümlədən təhsil və gəlir səviyyələri, yaşayış yeri, dini inancları və daşınmaz əmlaka sahiblik də nəzərə alınıb.

Nəticələr, həftədə 35 saatdan çox işləyən yaşlı insanların depressiya əlamətlərini daha çox hiss etdiyini müəyyən edib.

Bütün xəbərlər Facebook səhifəmizdə