DGK-nin Tibbi Xidmət İdarəsi İşçilərinin Həmkarlar İttifaqı təşkilatına yeni sədr seçilib

Bu gün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı təşkilatının işçilərinin növbəti iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov və əməkdaşlar iştirak ediblər.
İclası giriş sözü ilə açan rəis müavini dosent İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı təşkilatının faəliyyətini yüksək qiymətləndirib, fəaliyyət planına uyğun həyata keçirilən tədbirlər, layihələr barədə, eləcə də iclasın gündəliyində olan məsələlər barədə ətraflı məlumat verib.
İclasda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar ittifaqı komitəsinin sədrinin və müavininin seçilməsi, eləcə də Tibbi Xidmət İdarəsinin işçilərinin Həmkarlar İttifaqı komitəsinin Təftiş komissiyasının üzvlərinin seçilməsi barədə irəli sürülmüş təkliflər yekdilliklə səsvermə yolu ilə qəbul olunub. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi İşçilərinin Həmkarlar İttifaqı təşkilatına sədr, Mərkəzi Gömrük Hospitalının Xəstə Xidmətləri şöbəsinin mütəxəssisi Rəna Hacıyeva sədrin müavini seçilib.
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin baş inspektoru Minarə Qafarova, Mərkəzi Hospitalın Planlaşdırma və marketinq şöbəsinin PR üzrə mütəxəssisi Dilarə Zamanova və İnformatika Texnologiyaları şöbəsinin mühəndis proqramçısı Natiq Orucov səsvermə yolu ilə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin Təftiş komissiyasının üzvləri seçiliblər.
Həmkarımız Şəhla Mirzəzadəni Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Həmkarlar İttifaqı komitəsinin sədri seçilməsi, mütəxəssis Rəna Hacıyevanın sədr müavini və Təftiş komissiyasının yeni seçilmiş üzvlərini yeni təyinatları münasibətilə təbrik edirik, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Bütün xəbərlər Facebook səhifəmizdə