Azərbaycanda COVID-19 əleyhinə 24 doza vaksin vurulub

Dekabrın 4-dən 10-dək Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 24 doza vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya bildirilib ki, birinci doza üzrə vurulan vaksinlərin sayı 14, üç və daha çox doza üzrə 9, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 təşkil edib.

Bu günə qədər ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 969 min 921, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 413 min 584, ikinci mərhələ üzrə 4 milyon 884 min 373, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 405 min 533, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 431-dir.

Bütün xəbərlər Facebook səhifəmizdə