“Yenidoğulmuşlarda uroloji problemlər” mövzusunda təqdimat keçiriləcək

Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uroloq Vüsal Cəfərov 15 dekabr 2023-cü il tarixində saat 15.00-da əyani və zoom vasitəsilə “Yenidoğulmuşlarda uroloji problemlər” mövzusunda təqdimatla çıxış edəcək. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının, müxtəlif tibb müəssisələrində çalışan tibb mütəxəssisləri, həkim-rezidentlər və tibb tələbələri seminarda iştirak edə bilərlər. İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur.

Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək. Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir.

Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN. Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır.

Hospitalın klinik şöbələrinin təcrübəli həkimləri ilə çiyin-çiyinə çalışaraq pasiyentlərin müalicəsini aparmaqla yanaşı, həkim-rezidentlər həmçinin öz bilik və bacarıqlarını hər gün genişləndirir. Buna dəstək məqsədilə hospitalda artıq ənənəvi olan həftəlik və aylıq seminarlar, təlim kursları və kiçik konfranslar mütəmadi olaraq təşkil edilir. Həmin tədbirlərdən həm həkimlər, həm də həkim-rezidentlər, tələbələr və tibb bacı və qardaşları da daim bəhrələnir. Təcrübəli həkimlər tərəfindən keçirilən seminarlarla yanaşı, həkim-rezidentlər də müxtəlif aktual mövzular üzrə təqdimatlarla çıxış edir, maraqlı müzakirələrə qatılır.

Bütün xəbərlər Facebook səhifəmizdə