Hallux-Valgus deformasiyasından birdəfəlik qurtulmaq mümkündür - VİDEO

Dr.Ramin Rzayev: “Ayaqlarda ağrı və narahatlıq yaradan ayaq baş barmaqlarının Hallux-Valgus deformasiyasından birdəfəlik qurtulmaq mümkündür”. SİA xəbər verir ki, Hallux-Valqus xalq arasında “podaqra” adını almış, ayaq baş barmağının ayaqdarağı-falanqa oynağı səviyyəsində bayıra doğru əyilmiş deformasiyasıdır. Bu xəstəlik adətən 40 yaşdan sonra insanlarda tez-tez rast gəlinir və ağrılarla, ayaqqabı geyinəndə çətinlik yaratmaqla bir sıra narahatlıqlar yaradır.

Hər iki ayaq baş barmağında olan bu deformasiya ilə 6 ay əvvəl hospitala daxil olmuş 56 yaşlı xəstə üzərində cərrahi əməliyyat aparılıb. Bu günlərdə isə xəstənin arzusu ilə onun ayağına qoyulmuş implantlar çıxarılıb. Hazırda xəstənin vəziyyəti yaxşıdır. Mərkəzi Gömrük Hospitalının Travmatologiya və ortopediya şöbəsinin rəisi, travmatoloq-ortoped Dr.Ramin Rzayev xəstə üzərində icra edilmiş əməliyyat və şöbənin fəaliyyəti barədə ətraflı məlumat verib.

Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz:

Bütün xəbərlər Facebook səhifəmizdə